Nəsimi rayonunda növbəti iməcilik keçirilib
11 aprel 2026 | 16:02
Rayonda keçirilən növbəti iməcilikdə prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib, yararsız hala düşmüş tamet və qranit daşları bərpa olunub, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, Abdulvahab Salamzadə küşəsi boyunca hasarlarda təmir işləri aparılıb, Cavadxan küçəsi 32 ünvanında iri gövdəli ağacın aşması nəticəsində yararsız vəziyyətə düşmüş uşaq oyun meydançası təmir edilərək zədələnmiş avadanlıqlar yenilənmişdir.






