Nəsimi rayonunda növbəti iməcilik keçirilib
15 noyabr 2025 | 13:38
Nəsimi rayonunda insanların kütləvi şəkildə istirahət etdikləri parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Rayonda keçirilən növbəti iməcilikdə prospekt və küçələrdə səki kənarları, bardürlər, vitrinlər, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.






