Nəsimi rayonunda növbəti iməcilik keçirilib
25 oktyabr 2025 | 12:24
Nəsimi rayonunda insanların kütləvi şəkildə istirahət etdikləri parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.
Nəsimi rayonunda idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə növbəti iməcilik keçirilmişdir. İməcilikdə prospekt və küçələrdə səki kənarları, bardürlər, vitrinlər, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, nümunəvi həyətlərdə cari təmir işləri aparılmış, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.






