Nəsimi rayonunda növbəti iməcilik keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və paytaxtımızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Bakı şəhəri Nəsimi rayon ərazisində 26 oktyabr tarixində iməcilik keçirilib.
İməcilikdə rayonun xidmət sahələrinin, ümumtəhsil və məktəbəqədər müəssisələrinin, habelə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməcilik zamanı prospekt və küçələrdə səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmişdir. Yaşıllıqlara qulluq göstərilmişdir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə hər şənbə günü davam etdirilir.