Nəsimi rayonunda növbəti iməcilik keçirilib
28 fevral 2026 | 15:11
Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar rayonda keçirilən növbəti iməcilikdə prospekt və küçələr boyunca səkilər, bardürlər, abidələr, barelyeflər, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, həmçinin ağacəkmə aksiyası keçirilərək 100-ə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.






