Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti iməcilik təşkil edildi.

16 oktyabr 2022 | 10:01

Sakinlərinin  kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı Nəsimi rayonunda daxili ümumrayon iməciliyi keçirildi.

İməcilik zamanı rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması, rənglənməsi  işləri həyata keçirildi.

Eyni zamanda iməcilikdə həm də prospekt və küçələr boyunca avtobus dayanacaqları yuyulub, yağış suları axıdan kürəbəndlər təmizlənib, magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər