Nəsimi rayonunda növbəti qəbul keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirilib. Səyyar qəbulda Rəşid Behbudov, Bülbül prospekti, Süleyman Rəhimov, Mikayıl Rəfili, Şamil Əzizbəyov, Əli İsgəndərov, Mixail Koveroçkin küçələrini əhatə edən ünvanda yaşayan sakinlər iştirak ediblər.
Sakinlərdən Əliyeva Günel, Mehdiyeva Aidə, Rzayev Rəşad, Bodurova Səbinə, Əliyeva Könül, İsayev Aqil, Rəhimov Rəfail, Kərimov Mübariz, Mustafayeva Aliyə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzil növbəsinə götürülmə, binanın eyvanının və girişinin təmiri, su təchizatı ilə bağlı fasilələrin aradan qaldırılması, yaşadıqları məhəllədəki evlərin istismar müddətinin bitdiyindən yeni layihələrin tətbiq edilməsi barədə müraciətlər edib, təkliflər irəli sürüblər.
Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin rifah halının daha da yaxşılaşmasına yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar xüsusi qeyd olundu.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib, pilot layihələri həyata keçirən şirkətlərin nümayəndələrinə müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı tövsiyələr verildi.