Nəsimi rayonunda növbəti səyyar qəbul keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda 2-ci mikrorayonun, həmçinin Cavadxan, A.Mustafayev, A.Məhərrəmov küçələrinin sakinlərinin müraciətləri dinlənilmişdir.
Sakinlərdən Azər Aslanov, Əhməd Şükürov, Aysel Məmmədova, Gülnar Qəniyeva, Ülviyyə Babayeva, Cavad Məmmədov, Gülnar Nüsrətli, Göyərçin Məmmədova və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın təmiri və həyətin abadlaşdırılması, mənzilin sənədləşdirilməsi, asfalt örtüyünün bərpası, dam örtüyünün təmiri, avtomobillərin parkinq edilməsi üçün şəraitin yaradılması, həyətlərə oturacaqların qoyulması, kanalizasiya xəttinin təmiri və s. barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın güzəranının daha da yüksəlməsi naminə atılan addımlar, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.