Nəsimi rayonunda növbəti smart tipli avtobus dayanacaqları quraşdırıldı.
Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Bu çərçivədə Bakı şəhərinin rayonlarında olduğu kimi Nəsimi rayonunda da smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir.
Yeni smart tipli avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir.
Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunur.
Bundan əvvəl smart tipli avtobus dayanacaqları metronun Memar Əcəmi stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində quraşdırılmışdır. Növbəti dayanacaqlar Nəsimi rayonu Azadlıq prospekti və Səməd Vurğun küçəsində quraşdırıldı. Marşrut xətti üzrə avtobuslar sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.
Qeyd edək ki, smart dayanacaqların quraşdırılması işləri davam etməkdədir.