Nəsimi rayonunda növbəti ünvanda abadlıq quruculuq işlərinə başlanılıb.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov 31 saylı binanın həyətində kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağacların budanılıb ərazidən çıxarılması, torpaq işlərinin görülməsi, istinad divarlarının bərpası işlərinə başlanılıbdır.
Eyni zamanda Asif Məhərrəmov 31 saylı ümumi yaşayış binasında yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, dam örtüyünün əsaslı təmiri, binanın fasadının bərpası olunması, giriş bloklarının təmiri, qapı və pəncərələr yeniləri ilə əvəz olunması işləri də aparılacaqdır.
Qeyd edək ki, həyətin abadlaşdırılması üçün bardur, tamet daşlarının və asfalt örtüyünün vurulması, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması, eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq- oyun elementlərinin quraşdırılması işləri də nəzərdə tutulmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.