Nəsimi rayonunda Novruz bayramı ərəfəsində ümumrayon iməciliyi keçirilib.
14 mart 2026 | 13:00
Yazın gəlişi ilə əlaqədar paytaxtımızda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Nəsimi rayonunda da ümumrayon iməciliyi keçirilib. Rayon ərzaisində keçirilən iməcilikdə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak edib.
İməcilik zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib, mövcud yaşıllıqlara qulluq göstərilib, rəngbərəng mövsümi güllər əkilib.






