Nəsimi rayonunda Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülmüşdür. Öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verən, neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulmasına, muğam musiqi müsabiqələrinin, beynəlxalq festivalların keçirilməsinə, xarici ölkələrdə müxtəlif sərgilərin təşkilinə, bir çox digər irimiqyaslı layihələrin reallaşmasına nail olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" barədə qətnamə qəbul edilmişdir.
Bütün ölkədə olduğu kimi, Nəsimi rayonunda da Novruz bayramı münasibətilə bayram şənlikləri və konsert proqramları təşkil edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı ünvanında Novruz bayramı qeyd edilib. Abad məhəllə bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin, Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, təşkilat və müəssisə rəhbərləri, Vətən Müharibəsi Şəhid ailələri, qazilər, QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə pəhləvanların, kəndirbazların, kosa və keçəlin məzəli çıxışları tədbir iştirakçlarında xoş ovqat bağışladı.
Tədbir bayram konsert proqramı ilə davam etdirilmişdir.