Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir.

18 mart 2024 | 10:03

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edilib.

Teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.   

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Kitab Mərkəzinin əməkdaşları,     1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Nəsimi rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tamaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş edilib. Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəybala Quliyev, Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək bütün iştirakçıları, uşaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və tədbirlə bağlı öz gözəl fikirlərini bildiriblər. Tədbiri keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri dəyərləndirməklə gələcək nəsilə ötürməkdir.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər