Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir.

22 mart 2023 | 09:57

Azərbaycan Dillər Universitetində  Novruz bayramına həsr olunan tədbir keçirilib. Xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Novruz bayramı münasibətilə universitet kollektivini təbrik etmiş, onlara can sağlığı və işlərində uğurlar arzulamışdır. Bildirmişdir ki,  Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev hər bayramlarda həmvətənlərimizə müraciətlərində, Novruz bayramı ilə əlaqədar mərasimlərdə, insanlarla görüşlərdə, bayram tədbirlərində ən böyük niyyət kimi bayramlarımızın Qarabağda qeyd edilməsini arzulayırdılar. Onlar müsəlmanların ən müqəddəs səcdəgahı olan Məkkəyə ziyarət edərkən də Qarabağımıza qovuşmaq üçün dualar edirdilər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bayramlarda xalqımızı təbrik edərkən, dini ocaqları ziyarət edərkən  öz doğma Qarabağımıza qovuşmaq üçün sonsuz dualarını əsirgəmirdi.

Əziz müəllimlər, əziz tələbələr, əziz ADU kollektivi! Hər birinizi bu gözəl bayram münasibətilə təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız heç zaman sönməsin, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu bu gün şaddır. Biz onların ruhu qarşısında baş əyir, xatirələrini daima əziz tuturuq.

Tədbirdə müxtəlif kafedraların hazırladıqları bayram süfrəsi, həmçinin dövlət atributlarının əks olunduğu stendlər nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Keçidlər