Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz bayramına həsr olunmuş silsilə tədbirlər davam edir.

20 mart 2023 | 09:56

Nəsimi rayon İcra Hakimiyyətinin və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin, qazilərinin övladları, və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva açaraq qonaqları salamlamış,  bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək Novruz bayramının əhəmiyyətindən danışdı.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını təbrik etmiş, bildirmişdir ki, 1991-ci ilin oktyabrında müstəqillik nemətinə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr Novruzun əsl xalq bayramı kimi yüksək-əhval ruhiyyədə keçirilməsinə imkan vermədi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra musibətlər, faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasının qarşısı alındı. İctimai-siyasi sabitlik təmin olundu, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: "Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir". 30 il idi ki, hər bir azərbaycanlı bütün bayramlarda - Qurban bayramında, Ramazanda qurbanlar kəsir, Novruz bayramında Allaha dua edirdi ki, bizi doğma Qarabağımıza qovuşdur, bu müqəddəs bayramlarımızı Qarabağda qeyd edək, bayram qurbanları kəsək, Azərbaycanın tacı olan Şuşada bayram süfrəsi açaq. Novruz tonqalını Qarabağda alovlandıraq. Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev hər bayramlarda həmvətənlərimizə müraciətlərində, Novruz bayramı ilə əlaqədar mərasimlərdə, insanlarla görüşlərdə, bayram tədbirlərində ən böyük niyyət kimi bayramlarımızın Qarabağda qeyd edilməsini arzulayırdılar. Onlar müsəlmanların ən müqəddəs səcdəgahı olan Məkkəyə ziyarət edərkən də Qarabağımıza qoşuşmaq üçün dualar edirdilər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bayramlarda xalqımızı təbrik edərkən, dini ocaqları ziyarət edərkən  öz doğma Qarabağımıza qovuşmaq üçün sonsuz dualarını əsirgəmirdi. Hamımız 30 il idi ki, Uca Yaradana ürəyimizdə daşıdığımız Qarabağ həsrətinin bitməsini dua edirdik. Qələbə günlərini gözləyirdik. Bütün azərbaycanlıların bir niyyəti vardı – Qarabağ. Prezident İlham Əliyev hər zaman dərin inam və əminliklə deyirdi ki, biz işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik, biz o torpaqlara qayıdacağıq. Bizim işimiz haqq işidir, biz haqq yolundayıq, biz haqqımız olan torpaqlarımızı geri alacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə vuraraq torpaqlarımızdan qovdu. Azərbaycan xalqının, dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın torpaq həsrəti sona çatdı, illərlə etdiyimiz dualar qəbul olundu. Şükürlər olsun, Tanrım, dualarımızı eşitdin, bizi arzu və niyyətlərimizə çatdırdın. Cənab İlham Əliyev Ata Nəsihətini yerinə yetirdi, indi Ulu öndərin də bu əziz bayram günlərində ruhu şaddır, Qarabağ nisgili ilə haqq dünyasına qovuşan insanların, şəhidlərimizin ruhu şaddır.

Tanrım bizə bu sevincli günləri nəsib etdi. Novruz bayramını indi Qarabağda qeyd edirik, əsgərlərimiz Şuşada Novuz tonqalı ətrafında bu əziz bayramı sevinclə, böyük coşqu və təntənə ilə qeyd edirlər, bayram süfrəsini 30 ildən sonra bu dədə-baba torpaqlarımızda açırıq. Qarabağda daha Xarı bülbülün də nisgili yoxdur, Novruz səmənisi də Qarabağda boy atır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

 

Bayram şənliyində “Yeddi gözəl”  tamaşası təqdim olunub. Tamaşada Mərkəzin “Məktəb teatrı” dərnəyinin istedadlı aktyorları, rəqs kollektivləri Novruz bayramı mövzusunda maraqlı proqramla çıxış edib.

Tamaşada uşaqlar Novruz bayramının əsas personajları olan  kosa, keçəl, Bahar qızı və eyni zamanda sevimli nağıl qəhrəmanlarını canlandırıblar.  Onuda qeyd edək ki, gənc aktyorlar sırasında sağlamlıq imkanları məhdud uşaqlar da yer almışdır. Həmçinin Mərkəzin “Uşaq xalq rəqsləri” dərnək üzvlərinin nümayiş etdirdikləri rəngarəng geyimlərdə Azərbaycan ərazisində yaşayan az saylı xalqların, etnik qrupların rəqsləri gələn qonaqların böyük marağına səbəb oldu və onlarda xoş əhval-ruhiyyə yaratdı.

Tədbirinn sonunda xatirə şəkili çəkildi.

 

Keçidlər