Nəsimi rayonunda “Noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniya”sı çərçivəsində silsilə tədbirlərinin keçirilməsi.
Nəsimi rayonunda “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun növbəti iclası keçirilib. İclasda Nəsimi rayon İcra Hakimiyyətinin “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, məsul əməkdaşları, rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə Nümayəndəlikləri yanında monitorinq qrupunun üzvləri, Nəsimi Bələdiyyəsi nəzdində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, Nəsimi rayon Polis İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasına uyğun olaraq keçirilən iclasda Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu”nun rəhbəri Gülarə Verdiyeva çıxış edərək Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıdığını, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu, bunun üçün maarifləndirmə işinin gücləndirilməsini vurğulayan natiq əksər hallarda zorakılığın baş verməsi faktının gizli saxlanılmasından danışaraq belə halların müəyyən edilməsinin vacibliyini qeyd edərək , məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı.
O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulamış, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Nəsimi rayon Bələdiyyəsinin nəzdində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiya”ların fəaliyyətidən söz açmışdır.
Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov görülən işlər barədə məlumat vermiş, zorakılığın ən müxtəlif təzahürləri müasir cəmiyyətin əsas problemi olduğunu, onun qurbanlarının isə ən çox qadınlar olduğunu qeyd etmişdir. Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə müxtəlif tədbirlər həyata keçirilir.
Monitorinq qrupunun məsul əməkdaşı inzibati binada xüsusi qutuların yerləşdirilməsindən, zorakılığa məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil etmələri barədə maarifləndirilmələri istiqamətində tədbirlərin keçirildiyini bildirmişdir.
Növbəti ildə Nəsimi RİH tərəfindən hazırlanacaq olan “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədi ilə Tədbirlər Planının, həyata keçirilməsi nəzərədə tutulmuş layihələr barədə müzakirələr aparılmış və müvafiq təkliflər olunmuş, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyə nəzdində yaradılmış monitorinq qrupları Nəsimi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq olunması tövsiyyə olunmuşdur.
Daha sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat vermişlər.