Nəsimi rayonunda OCEP-2023 lahiyəsi çərçivəsində “Bir millət, iki dövlət, bir yumruq!” adlı tədbir keçirilib.
Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada OCEP-2023 lahiyəsi çərçivəsində “Türkiyənin tarixi və ənənələri” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Milli Olimpiya Komitəsinin sektor müdiri Mehman Kərimov, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev,Təhsil müşaviri Nurullah Yazıcı, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və məktəbin pedaqoji kollektivi iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Gimnaziyanın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə məktəbin şagirdləri tərəfindən hazırlanan Türkiyənin tarixi adət-ənənələrinin əks etdirən sərgi, milli mətbəxi nümayiş olunub.
Sonra hər iki dövlətin himni səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru Səadət Cahandarova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.
Sonra Milli Olimpiya Komitəsinin sektor müdiri Mehman Kərimov proqramın yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, proqramın uğurlu icrasının Olimpiya mədəniyyəti və təhsilinin təşviqində yeni səhifə açacağına əminliyini bildirib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edildiyi ölkə kimi tanınır.
Natiq Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə bir sıra layihələrin uğurla həyata keçirildiyini, belə layihələrin məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, istedadlı uşaqların üzə çıxarılmasında müsbət rol oynamasını vurğuladı.
Tədbirdə digər çıxış edənlər- Elm və Təhsil Nazirliyinin şöbə müdiri Fuad Qarayev və digərləri bu cür mühüm tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirdilər.
Tədbirdə yuxarı sinif şagirdlərinin iştirakı ilə ağırlıq qaldırma idman növünün nümayişi olub.
Daha sonra tədbir bədii-musiqili hissə ilə davam edib.