Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda parklarda, abad həyətlərdə cari təmir işləri aparılıb.

24 mart 2023 | 09:31

Bakı şəhərində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Yaz mövsümünün gəlişi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, xiyabanlarda və abad həyətlərdə cari təmir işləri aparılıb.

Qeyd edək ki, cari təmir  işləri zamanı parklarda oturacaqlar, işıq dirəkləri təmir edilib  və rənglənib. Abad həyətlərdə yarasız vəziyyətə düşmüş uşaq-oyun elementləri və idman qurğularının cari təmir işləri aparılmışdır. Eyni zamanda rayon ərazisində sanitar-təmizlik işləri aparılaraq, kiçik tutumlu tullantı qabları təmir olunub, yeniləri ilə əvəz olunmuşdur

Rayonda yaşıllaşdırma, ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, Istiqamətində də silsilə yaşıllaşdırma işləri davam etdirilərək mövcud yaşıllıqların, qazon örtüklərinin bərpa olunması istiqamətində işlər görülüb.

Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında  abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

 

 

Keçidlər