Nəsimi rayonunda parklarda, abad həyətlərdə cari təmir işləri aparılır.
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Yaz mövsümünün gəlişi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, xiyabanlarda və abad həyətlərdə cari təmir işləri aparılır.
Qeyd edək ki, cari təmir işləri zamanı parklarda oturacaqlar rənglənir, tamet daşları yenilənir, yararsız vəziyyətə düşmüş uşaq-oyun elementləri və idman qurğuları, istinad divarları cari təmir edilir, alaq otlar vurulur, sanitar-təmizlik işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.