Nəsimi rayonunda peşə təhsili ilə bağlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2306 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsi” barədə 5.3.12-ci yarımbəndinin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məsul əməkdaşları və şagirdlər iştirak edib.
Tədbirdə təhsildən yayındırılma hallarına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırlması, məişət zorakılığına qarşı həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların peşə-ixtisas seçiminə köməklik göstərilməsi qeyd olunmuş, belə tədbirlərin mütəmadi olaraq, keçiriləcəyini məişət zorakılığına qarşı mübarizədə daha güclü mübarizə aparılmasının vacibliyini nəzərə çatdırıldı.