Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Polis şöbəsinin inzibati binasının açılışı olub.

02 iyul 2023 | 10:15

Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikilib istifadəyə verilən Nəsimi  rayon Polis İdarəsinin  20-ci Polis şöbəsinin   xidməti binasının açılışı olub.

Tədbirdə DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov,  Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov, Nəsimi rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Mirnemət Mirbabayev, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov, idarə və şöbə əməkdaşları iştirak ediblər. Açılış mərasimində qeyd edilib  ki, yeni inzibati binanın istifadəyə verilməsi Prezident İlham Əliyevin şəxsi heyətə ali diqqət və qayğısının növbəti əyani təzahürüdür. Məlumat verilib ki, müasir tələblər səviyyəsində inşa edilmiş bu binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülüb, şöbə müasir texniki vasitələr və avadanlıqla təmin olunub, ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. 

Tədbir iştirakçıları yeni binanın  növbətçi hissəsinə, xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş xidməti otaqlara baxıblar, eyni zamanda binada Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi sahəsində əvəzsiz fəaliyyətini, Prezident İlham Əliyevin daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

 

Keçidlər