Nəsimi rayonunda prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
1 oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Prokurorluğunun məsul əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edərək prokurorluq orqanlarının keçdiyi şərəfli yol barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən qurum kimi formalaşması Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur. Məhz Xalqımızın ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmışdır.
Natiq çıxışına davam edərək bildirdi ki, Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində prokurorluq orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
Nəsimi rayon prokuroru Həsən Hənifəyev çıxış edərək prokurorluq orqanlarında aparılan islahatlardan danışıb, Nəsimi rayon prokurorluğunun əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verib.
Tədbirdə çıxış edənlər- YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev və Dövlət Təhlükəsizlik Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi İlham Qasımzadə prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar arzuladılar.
Tədbirin sonunda bir qrup prokurorluq əməkdaşına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.