Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda qanvermə aksiyası keçirildi.

25 aprel 2022 | 14:03

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatında qanvermə aksiyası keçirildi.

Aksiyada rayonun idarə, müəssisə və təşkialat rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açaraq tədbirin əhəmiyyətindən danışdı.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Daha sonra Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək,  görkəmli alim aktual mövzulara həsr edilmiş tədqiqatlar aparmış, bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıldığını və aksiyada göstərilən köməyə görə təşkilatçılara öz minnətdarlığını bildirdi.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilat kollektivləri fəal iştirak etdilər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə  Birliyinin   Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kompaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirildi. Qanvermə aksiyasında 300 nəfərdən artıq əməkdaş iştirak edib.

 

Keçidlər