Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Qarabağ Azərbaycandır! - İşğaldan azad olunmuş torpaqlarımız" mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

19 oktyabr 2022 | 09:30

247 saylı tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 27 sentyabr - Anım Günü ilə əlaqədar "Qarabağ Azərbaycandır! - İşğaldan azad olunmuş torpaqlarımız" mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Vətən müharibəsi  şəhidi Ruslan Cəfərovun anası Alimə Cəfərova, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və rayon məktəbliləri iştirak ediblər. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini bildirmişdir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bugün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq.

Çıxış edən Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, Vətən müharibəsi  şəhidi Ruslan Cəfərovun anası Alimə Cəfərova ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Qeyd olunub ki, şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət göstərilir.

Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

2 yaş qrupu üzrə keçirilən müsabiqədə 75 məktəbli iştirak edib. 10-13 yaş qrupunda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Təhməzli Aişə I, 9 saylı tam orta məktəbin şagirdi Xudiyeva Narçiçək II, Bakı Atatürk Liseyinin şagirdi Əmirəliyeva İnci III, 14-18 yaş qrupunda Texniki Humanitar Liseyin şagirdi Nəbizadə Aysu​ I, Elitar Gimnaziyanın şagirdi Rəhimli Səma II, 44 saylı tam orta məktəbin şagirdi Hacıyeva Fidan III yerlərə layiq görülüblər. I, II, III yerləri tutmuş və fərqlənmış iştirakçılar diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar. Eyni zamanda inşa yazı müsabiqəsində yer tutan məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimlərinə fəxri fərmanlar təqdim olunmuşdur.

Sonda 247 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnı səsləndirilib.

Keçidlər