Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Qarabağ ədəbiyyatı ilə Təbiət arasında körpü adlı tədbir keçirilib.

20 dekabr 2024 | 14:24

Bakı Qızlar Universitetində  "Qarabağ ədəbiyyatı və Təbiət" adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, universitetin rəhbərliyi, pedaqoji işçiləri və tələbələr  iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan  universitetin rektoru, professor  Sevinc Rəhimova  tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, Azərbaycan təbiətinin zənginlikləri hər zaman ədəbiyyatımızın ilham mənbəyi olmuşdur. Təbiətin gözəllikləri xalqımızın mədəni irsində və poeziyada öz əksini tapmışdır. Bu gün tələbələrimizin təqdimatında bu bağlılığı bir daha müşahidə edəcəyik.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini  Gülarə Verdiyeva bildirdi ki, Ulu öndər Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Ulu öndərin bu vəsiyyətini Azərbycan Respublikasının Prezidenti, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev böyük və əvəzsiz tarixi qələbə ilə yerinə yetirdi, Qarabağı və onun paytaxtı Şuşa şəhərini – Pənahabadı erməni vandallarının işğalından 2020-ci il noyabr ayının 8-də azad etdi və Azərbaycan bayrağını Şuşada dalğalandırdı. XVIII əsr coşqun Şuşa-Qarabağ ədəbi-mədəni mühitinin tarixi kökləri çox qədimlərə gedib çıxır. Şuşa ədəbi mühiti ən qədim Qarabağ ədəbi mühitinin bulağından su içib pərvəriş tapmışdır. Qarabağ tarix boyu bütün Şərqdə məşhur olan şairlərin, filosofların, din xadimlərinin, dövlət adamlarının vətəni olub. Elə bir əsr, elə bir qərinə yoxdur ki, onlarca qarabağlının adı böyük hərflərlə bu tarixə yazılmasın. Həmin adamların səsisorağı indi də yüzilliklərin o tayından gəlir, onların xeyirxah əməlləri, insanpərvərlikləri dillərdən düşmür, ağızdan-ağıza, arxivdən-arxivə keçir, tarixə çevrilir. Bu şəxsiyyətlərin əməlləri, gördükləri işlər irsən babalardan oğullara, oğullardan nəvələrə keçir və həmişəlik tarixin yaddaşına həkk olur. Tarixi zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri “ruhun bədənə daxil olması” müqəddəsliyinin hadisəsi idi. Müstəqillik tariximizdə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti müqəddəs şəhərimiz Şuşaya daxil oldu. İllərin həsrəti, intizarı, iztirabları, məşəqqəti bitdi. Bu qədim şəhərin 28 ildən sonra – 2020-ci ilin 8 noyabr günü Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, hünəri, əsgər və zabitlərimizin rəşadəti sayəsində düşməndən geri alınması millətimizin ən böyük bayramına çevrildi, sızıldayan yaralara məlhəm oldu. Şuşa – Qarabağ həsrətimizə son qoyuldu, müdrik rəhbərimizin Şuşanı “Azərbaycan mədəniyyətinin paytaxtı” elan etməsi tarixi həqiqətin müdrikcəsinə dərkindən irəli gəlir. Yaddaşımızda bir çox milli dəyərimizi rəmzləşdirən Şuşa həm də milli birliyimizin, həmrəyliyimizin, Azərbaycanlı olmaq qürurumuzun, Vətənə sevgimizin nümunəsidir.

Natiq xüsusi vurğuladı ki, Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.

Sonra digər çıxış edənlər  təbiətin ictimai həyatla əlaqəsini və şəxsiyyətin formalaşmasındakı rolunu iştirakçıların diqqətinə çatdırdılar.  

Daha sonra tələbələrin təbiət mövzularında çıxışları dinlənildi.

Sonda universitetin xor kollektivinin xalq mahnılarından ibarət musiqi kompozisiyası ilə tədbir yekunlaşdı.

 

Keçidlər