Nəsimi rayonunda qardan təmizlənmə işləri davam etdirilir.
Hava şəraiti ilə əlaqədar aparılan operativ tədbirlərin daha effektiv həyata keçirilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyəti və kommunal xidmət sahələrininin əməkdaşları tərəfindən küçə və prospektlərdə işlərin gedişatına nəzarət tədbirləri davam etdirilir.
Qarlı hava şəraiti ilə əlaqədar Nəsimi rayonunda təmizlik işləri aparılıb. Görülən işlər çərçivəsində kommunal xidmət sahələrinin əməkdaşları tərəfindən rayonun mərkəzi prospekt və küçələrində, o cümlədən yaşayış massivlərində yerləşən parklar, çoxmənzilli yaşayış binalarının həyətləri, giriş hissələri, yol kənarları və küçə boyu səkilərdə təmizlik işləri görülmüşdür.
Qeyd edək ki, kommunal xidmət sahələrinin əməkdaşları ilə yanaşı, rayon sakinləri də piyadaların hərəkəti olan yollarda və ticarət obyektlərinin qarşısında qardan təmizlik işləri aparmışdırlar. Bu işdə rayon sakinləri, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər.