Nəsimi rayonunda qazi ailəsi ziyarət olundu
Azərbaycan xalqı Müzzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən Müharibəsində Müasir Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılan tarixi bir qələbə qazanaraq 30 il həsrətində olduğu doğma Qarabağ torpaqlarına qovuşdu. Vətən Torpaqlarının azadlığı uğrunda canlarından keçən Şəhidlər və qazilər Xalqımız və dövlətimizin qürur mənbəyinə çevrildilər. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.Nəsimi rayonunda da şəhid ailələrinə və qazilərə daim böyük qayğı və diqqət göstərilir, qaldırdıqları problemlərin həll olunmasına yüksək həssaslıqla yanaşılır.
Nəsimi rayonunun inzibati ərazisində qeydiyyatda olan qazi Cabbarov Fərid Bayram oğlu iyul ayının 23 gecə saatlarında yaşadığı Xocasən yeni yaşayış kompleksinin yaxınlığında avtomobil qəzası zamanı zədə alaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdir. Ailənin müraciəti əsasında RİH-nin köməkliyi ilə qazi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülmüş və müalicəsi davam etdirilmişdir.
Aparılan cərrahiyyə əməliyyatından və müalicədən sonra qazi stasionar müalicənin davam etdirilməsi üçün evə buraxılmışdır. Qazi və ailəsi RİH-nin rəhbərliyi və məsul əməktaşları tərəfindən ziyarət olunaraq müalicəsi üçün tələb olunan lazimi dərman preparatları ilə təmin olunmuş və ailəyə maddi yardım göstərilmişdir.
Qazi və onun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.