Nəsimi rayonunda qışa hazırlıq və iməcilik işləri görülüb.
Keçirilən iməcilik zamanı, havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində, məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün xüsusi texnikaların saz vəziyyətə gətirilməsi, inventar, qum və duz tədarükünün təşkil olunması, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlər görülmüşdür.
Qeyd edə ki, Nəsimi rayonunda prospekt və küçələrin, səki kənarlarının, bardürlərin və işıq dirəklərinin, işıqforların, reklam lövhələrinin, yol kənarındakı məhəccərlərin yuyulması, park və istirahət yerlərində ümumi istifadə olunan urnaların, yaşıllıqların, oturacaqların, uşaq oyun elementlərinin təmizlənməsi işləri də həyata keçirilmişdir.
Eyni zamanda keçirilən iməcilikdə yağışdan və küləkdən sonra parklarda, abad həyətlərdə, xiyabanlarda təmizlik işləri aparılıb, yaranmış problemlər aradan qaldırılıb. Küçələr boyunca yerləşən yağış suları axıdan kürəbəndlər təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizlik işləri görülmüşdür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.