Nəsimi rayonunda Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirilib.
Nəsimi rayonunda yerləşən “Zabitlər bağı”nda Qurban bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Vətən Müharibəsi Şəhid ailələri, müharibə əlilləri və rayon ictimaiyyəti iştirak edib.
Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Qurban bayramı münasibəti ilə görüş iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edərək, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verdi.Xüsusi vurğulandı ki, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Çıxışına davam edən Asif Əsgərov qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıdı. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.
Hər zaman xalqımıza qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edilik, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin kədərlərini də bölüşürük. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edildi.
Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı ərəfəsində sosial aksiya da keçirildi.
Aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar və Çernobl əlillərinə, rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları və maddi yardımlar təqdim olundu.
Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.