Nəsimi rayonunda Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib.
Dünya müsəlmanlarının ən müqəddəs və əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə Nəsimi rayonunda genişmiqyaslı sosial aksiya təşkil olunub.
Belə ki, rayon ərazisində yaşayan 1000 nəfərdən artıq şəhid ailələri, müharibə əlilləri və aztəminatlı vətəndaşlara qarşıdan gələn Qurban bayramı münasibətilə bayram sovqatları təqdim olunub.
Tədbirin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinə xüsusi diqqət və qayğının göstərilməsi, həmçinin bayram sevinclərinin birgə bölüşülməsi olub. Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təşkil olunan bu aksiya, dövlətimizin sosial siyasətinin tərkib hissəsi kimi, vətəndaş rifahının yüksəldilməsinə və sosial həmrəyliyin gücləndirilməsinə yönəlib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdar olduqlarını bildirərək, belə təşəbbüslərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bayram ərəfəsində həyata keçirilən bu cür sosial layihələr, eyni zamanda, ictimai həmrəyliyin və humanitar dəyərlərin təbliğinə xidmət edir.