Nəsimi rayonunda RİH başçısı növbəti səyyar qəbul keçirdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. 164 saylı tam orta məktəbin akt zalında təşkil olunmuş qəbul zamanı 44 günlük Vətən müharibəsinin 2-ci ildönümü günlərinin yaşandığı qeyd olunaraq bir dəqiqəlik sükütla Şəhidlərimizin əziz xatirəsi yad edilmişdir. Qəbulda Ş.Abdullayev, S.Zeynalov, F.Qasımzadə, R.Axundov, Azadlıq pr., R.Behbudov, S.Rüstəm küçəsi, Kaveroçkin küçəsi və digər ünvanların sakinləri iştirak etmiş, onların müraciətləri dinlənilmişdir.
Sakinlərdən Mahmudzadə Əfsanə, Qəhrəmanov Qəhrəman, Mirzəyeva Şəhanə, Allaherdiyeva Sahilə, Süleymanzadə Araz, Hüseynov Əsgər, İsgəndərova Nahidə, Əliyeva Natəvan, Hüseynov Zahid və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin yenidənqurulması layihələrinə salınması, binanın qəzalı olması, iş ilə təmin, ağacların budanması, yolun asfaltlanması, səkilərin yenidən qurulması işlərinin aparılması, su sayğacının quraşdırılması barədə müraciətlər etmişlər.
Sakinlər ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyümüzün təmin olunması, xalqımızın rifahı və tərəqqisi naminə atılan addımlara görə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.