Nəsimi rayonunda RİH başçısı sakinlərin istəyi ilə növbəti ünvanda səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli Sahə İƏD üzrə sakinlərin müraciətlərini dinləmişdir. 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 33 ünvanında rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda A.Məhərrəmov, 20 Yanvar, Cavadxan küçələri ərazilərində yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən Məmmədova Şükufə, Şıxəliyev Babək, Həmidov Kamran, Qarayev Zahid, Paşayev Aqil, Aqilov Şükür və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, dam örtüyünün, kanalizasiya xəttinin təmiri, asfalt örtüyünün bərpası, avtomobillərin həyətdə parklanaraq maneə yaratması, quru vəziyyətdə olan ağacın götürülməsi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.
Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısı tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmışdır.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.