Nəsimi rayonunda Sağlam həyat tərzinin təbliği və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması və davranış risk amilləri barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı iştirakçılara sağlam və balanslaşdırılmış qidalanmanın, müntəzəm fiziki aktivliyin və şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin tütün istifadəsi və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin gündəlik vərdişə çevrilməsinin vacibliyi diqqətə çatdırılıb.
Maarifləndirmə işinin davamı olaraq iştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.
Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin qarşısının alınması və sağlamlığın qorunması istiqamətində ictimai məlumatlılığın artırılması olub.






