Nəsimi rayonunda “Sağlam həyat və davranış risk amilləri” adlı maarifləndirici tədbir keçirilib.
S.Poladi adına 159 nömrəli tam orta ümumtəhsil məktəbində Sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması və davranış risk amilləri barədə məlumatlılığın artırılması məqsədilə “Sağlam həyat və davranış risk amilləri” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı məktəblilərə sağlam və balanslaşdırılmış qidalanmanın, müntəzəm fiziki aktivliyin və şəxsi gigiyena qaydalarına əməl olunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin tütün istifadəsi və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin gündəlik vərdişə çevrilməsinin vacibliyi diqqətə çatdırılıb.
Maarifləndirmə işinin davamı olaraq məktəblilərə mövzu ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.






