Nəsimi rayonunda Sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə tədbiri keçirilib
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksində Sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə tədbiri keçirilib
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil, səhiyyə müəssisələrinin əməkdaşları və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksinin direktoru İlahə Carçıyeva açaraq bildirib ki, sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması ilə əlaqədər mütamadi olaraq şagird və valideynlər arasında təbliğaq işləri aparılır, bu barədə müvafiq tövsiyələr verilir. Xüsusi vurğulayıb ki, maarifləndirmə tədbirinin qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyır.
Tədbirdə Nəsimi RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə rayonda bir sıra tədbirlər keçirilir və bu maarifləndirmə tədbiri də Nəsimi rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədini daşıyır.
Gigiyenia və Epidemologiya Mərkəzinin Sanitariya və Gigiyenia şöbəsinin müdiri Rəşidə Gülmaliyeva qeyd edib ki, əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı bir sıra işlər görülür. Həmçinin bildirib ki, əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib.
3 nömrəli Qadin Məsləhətxanasının həkim terapevti Nəzakət Abdiyeva və 1 nömrəli poliklinikanin həkim pediatırı Nuray İldırımzadə çıxışlarında uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırmış, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmasının zəruri olduğu bildiriblər.
Tədbirin sonunda gənclərə sağlam qidalanma istiqamətində, eləcə də zərərli vərdişlərdən uzaq durmaq və bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.