Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması” mövzusunda maarifləndirici tədbir keçirilib.

17 aprel 2025 | 17:10

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1143 nömrəli, 29 aprel 2019-cu il tarixli Sərəncamının “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması”na dair 10.12.4-cü yarımbəndinin icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması”  mövzusunda marifləndirici tədbir keçirildi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Respublika və rayon GEM-nin UYYGB-nin məhsul əməkaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər müəssisələrin əməkdaşları və tibb işçiləri iştirak ediblər.

Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin məsul əməkdaşı İradə Novruzzadə uşaqlara göstərilən sağlam qidalanmanın və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirdi.

Respublika GEM-nin UYYGB-nin məsul əməkaşları Sevda Talıbova və Aygün Əliyeva bu sahədə həyata keçirilən dövlət Proqramın əsas vəzifəsinin tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması,  sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsinə xidmət ediyini bildiriblər. Eyni zamanda dövlət büdcəsindən maliyyələşən uşaq və yeniyetmə müəssisələrində çalışan obliqat qrup işçilərinin tibbi müayinədən keçmələrinin, təlim-tədris müəssisələrində uşaqların sağlam həyat tərzinin formalaşmasına nail olunmasını yerlərdə təbliğatının gücləndirilməsini qeyd etdilər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. 

Keçidlər