Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sahibkarlığın inkişafına yönəlmiş maarifləndirmə tədbiri keçirilib

09 avqust 2024 | 10:00

Nəsimi rayon İcra Hakimiyyətində sahibkarlarla işin təşkili, şəffaflıq, nəzakətlilik, məsuliyyət, məmnunluq və rahatlıq prinsiplərinə uyğun olaraq  xidmət göstərilməsinin təşkili məqsədilə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin  həyata keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına xüsusi önəm verdiyini vurğulamış  və ölkə başçısının yerlərdə iqtisadi durumun yaxşılaşdırılması məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqlarının icrasının təmin edilməsi istiqamətində Nəsimi rayonunda görülən işlər barədə məlumat vermişdir.

Natiq qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində işlər uğurla davam etdirilir.   

Digər çıxış edənlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə iş adamlarına göstərilən dövlət dəstəyinin, sahibkarlığın inkişafına yaradılan münbit şəraitin əhəmiyyətindən danışmış, Nəsimi rayonu ərazisində sahibkarların fəaliyyəti üçün mövcud olan əlverişli şəraitin investisiya qoyuluşu üçün geniş stimul yaratdığını və bütün bunlara görə Möhtərəm Prezidentə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər