Nəsimi rayonunda sakinlər Başçının səyyar qəbulunda
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. 19 saylı orta məktəbdə təşkil olunan qəbulda sakinlərin müraciətləri dinlənilmişdir. Qəbulda A.Mustafayev, Cavadxan, N.Məlikov, Mircəlal, R.Məmmədov, H.B.Əliyev küçələrinin əhatəsində, həmçinin digər ərazilərdə yaşayan sakinlər iştirak etmişlər.
Sakinlərdən İbrahimov Cavanşir, Məmmədli Günel, Novruzova Sevinc, Nadirova Nüşabə, Əliyev Yadigar, İsmayılova Tamilla və digərləri bir sıra məsələlərlə ilə bağlı, o cümlədən həyətin işıqlandırılması, uşaqlara məktəbli formasının alınmasına köməklik göstərilməsi, normal yaşayış şəraiti olmayan köhnə həyət evlərindən ibarət məhəllələrin sökülərək yenidən qurulması, mənzilin icarə müqaviləsi, istilik və kanalizasiya xətlərinin təmiri, binanın təmiri, həyətin abadlaşdırılması və s. barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Sakinlər minnətdarlıq hissləri ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, əlillərə göstərilən dövlət qayğısı barədə fikirlər söyləmişlər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.