Nəsimi rayonunda sakinlərlə səyyar qəbul keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq prospekti, S.Rüstəm küçəsi, Novruzov qardaşları küçəsi, R.Axundov küçəsi və digər ünvanların sakinləri iştirak etmiş, onların müraciətləri dinlənilmişdir.
Sakinlərdən Tağızadə Zenfira, Mahmudova Nubar, Həşimova Yeganə, Əhmədova Aksana, Əzizov Ehtiram, Yusifov Xalid, Tağıyev Rafiq, Bağırlı Turxan, Mehdiyev Asif və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin yenidənqurulması layihələrinə salınması, su xəttinin təmir olunması, su təhcizatında fasilələrin olması, ağacların budanması, aztəminatlı ailələrin uşaqlarına məktəbli formasının verilməsi, binanın təmiri, həyətin abadlaşdırılması barədə
Sakinlər vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlara görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.