Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sanitar təmizlik işləri aparılıb.

13 avqust 2022 | 07:20

Bakı şəhərində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilməsi ilə paytaxtımıza çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi, eyni zamanda paytaxt sakinlərinin  kütləvi şəkildə istirahət edəcəyi parklarda təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı növbəti iməclik keçirildi.

Rayon ərazisində keçirilən sanitar təmizlik zamanı parklarda, bağlarda, abad həyətlərdə abadlıq və təmizlik işləri aparılıb, eyni zamanda küçə və prospektlərdə  yolkənarı səkilər, məhəccərlər, işıq dirəkləri, reklam lövhələri, tullantı konteynerləri yuyularaq təmizlənmişdir. 

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.

Keçidlər