Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaradıcı gənclərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur

21 may 2026 | 10:00

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli, 858 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradıcı gənclərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, valideynlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Sərgidə şəhərsalma, memarlıq və milli-mədəni dəyərləri əks etdirən müxtəlif əl işləri nümayiş olunmuş, yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Keçidlər