Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı bianın qarşısında abadlıq işləri görülmüşdür.
Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 35 saylı ünvanında yaşayan Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynləri yaşadığı binanın qarşısında yağışdan sonra yaranan problemin aradan qaldırılması üçün rayon İcra Hakmiyyətinə müraciət etmişdir. Bununla əlaqədar olaraq qeyd edilən binanın qarşısına asfalt örtüyü vurulmuş, eyni zamanda yaşıllıq zolaqlarına qulluq göstərilərək yeni qazon örtüyü də salınmışdır.
Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.