Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı mənzilin dam örtüyü əsaslı təmir olunmuşdur.

06 fevral 2023 | 10:05

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.

A.Məhərrəmov küçəsi ev 28 ünvanında yaşayan şəhid kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun valideynləri yağan qar və yağışlardan sonra mənzillərinin tavan hissəsi  istifadəyə yararsız hala düşdüyündən təmir edilməsinə köməklik göstərilməsi üçün rayon İcra Hakmiyyətinə müraciət etmişdir.

Qısa müddət ərzində Şəhid ailəsinin yaşadığı mənzilin tavan hissəti təmir olunmuş və yeni tavan örtüyü quraşdırılaraq ailənin istifadəsinə verilmişdir.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər