Nəsimi rayonunda Şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib, mənzilində əsaslı təmir işləri aparılıb .
Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
15 İyun-Milli Qurtuluş Günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Rzayev Hacırza Fikrət oğlunun valideynlərinin yaşadığı 3-cü mkr-n A.Mustafayev küçəsi 41 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılaraq sakinlərin istifadəsinə verilib, məhəllədə şəhidin adını daşıyan Cüdo İdman Klubu fəaliyyətə başlayıb. Abadlıq işlərindən öncə şəhid Hacırza Rzayevin valideynlərinin yaşadığı A.Mustafayev küçəsi 41 saylı evin 2 otaqlı, 28 nömrəli mənzilində də əsaslı təmir işləri aparılıb.
Şəhid atası Rzayev Fikrət Rüstəməli oğlu göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirmişdir.