Nəsimi rayonunda şəhid Kazımov Vüsal Vüqar oğlunun xatirə lövhəsinin açılışı oldu.
Şəhid adının əbiləşdirilməsi məqsədi ilə 03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirərkən Şuşa – Laçın yolunda baş verən qəzada şəhid olmuş Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlunun xatirə lövhəsinin açılışı oldu.
Şəhidin yaşadığı H.Seyidazadə küçəsi 15 ünvanında yerləşən binanın fasad hissəsində təmir işləri aparlıdıqdan sonra, aqlay daşlar düzüb və xatirə lövhəsi vurulub.
Açılışda İcra Hakimiyyəti başçısı, RİH başçısı aparatının məsul əməkdaşlarını, rayon ictimayyəti, şəhid ailələri və müharibə əlilləri iştirak edərək, şəhidin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər, xatirə lövhəsinin önünə gül dəstələri düzdülər.
Şəhidin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.