Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilmişdir.

04 iyun 2024 | 10:30

Nəsimi rayon İcra Hakimiyyəti, 19 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun 30 illik yubileyini qeyd etdi.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid Rauf Əliyevin valideynləri, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları, məktəbin pedaqoji kollektivi, valideynlər və şəhid Rauf Əliyevin sinif yoldaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və  vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin şagirdlərinin ifasında şəhid Rauf Əliyevə həsr olunmuş kompozisiyalar təqdim olunmuşdur.

Tədbirdə məktəbin direktoru Nailə Cəfərova çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlu məktəbdə oxuduğu illərdə məktəb kollektivinin hörmətini qazanmış, vətənpərvər bir şagird kimi daim digər məktəblilərə nümunə olmuşdur.  

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır. 

Tədbirdə Şəhid Rauf Əliyevin anası Xavər Əliyeva çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə şəhid ailələri Ceyhun Kərimov və Alimə Cəfərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər