Nəsimi rayonunda səyyar qəbul keçirildi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Azadlıq pr., İ.Qasımov küçəsi, C.Məmmədquluzadə küçəsi, C.Səlimov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.
Sakinlərdən Səfərova Şərqiyyə, Ağaquliyev Təhmiraz, Məmmədova Məryəm, Rzayev Tahir, Abbasov Yaşar, İsmayılova Solmaz, Qafarova Pəri, Məmmədov Eldar və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin yeni layihəyə salınması, mənzilin damının təmiri, ağacların budanması və götürülməsi barədə müraciətlər etmişlər.
Qəbul zamanı sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və vətəndaşların rifahının daha da yüksəlməsinə yönəlmiş atdığı uğurlu addımların xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.