Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbul keçirilmişdir.

27 iyul 2022 | 12:26

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda  Azadlıq və Vaqif prospektləri, Novruzov qardaşları, H.Ələsgərova, S.Əsgərova, Bakıxanov küçəsi, Q.Quliyev, C.Səlimov, İ.Qasımov küçəsi və digər ünvanların sakinlərinin müraciətləri dinlənilmişdir.

Sakinlərdən Məmmədova Ziba, Cəfərova Şəmsiyə, Abbasov Bəhmən, Rəhimova Zülfiyyə, Hüseynli İsrafil, Əsədov İsa, Xarkova Tamara, Həmidov İmamverdi, Maşenko Yana və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, ağacların budanması, yaşadıqları məhəllənin köhnə evlərdən ibarət olduğu üçün ərazinin pilot layihəyə salınması, su xəttinin təmir olunması, həyətin abadlaşdırılması, iş ilə təmin barədə müraciətlər etmişlər.

Qəbul zamanı sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş tədbirlərin yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd etmiş, atılan addımlara görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlimatlar verilmiş, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər