Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda səyyar qəbulların keçirilməsi davam etdirilir.

02 dekabr 2022 | 10:35

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli sahə inzibati dairəsi ərazisində səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyata keçirilən işləri sakinlərlə müzakirə etmişdir.  Mərdanov qardaşları, Rəsul Rza, Ağadadaş Qurbanov, Salatın Əsgərova, Cəlil Məmmədquluzadə, Süleyman Rəhimov, Ak.Əlimərdan Topçubaşov küçələri ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən  Əzimova Kəmalə, Həmidova Xatirə, Bədirov Azər, Əzizov Mirsahib, Abdullayeva Nəzakət, Fərziyeva Müşfiqə, Həsənova Sevda və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən eyvanın təmir olunması, qurumuş ağacın götürülməsi, küçənin işıqlandırılması, yolun asfaltlanması, dam örtüyünün təmir edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması barədə müraciətlər etmişlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar, ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlər qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanmışdır.

Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər