Nəsimi rayonunda səyyar qəbulların keçirilməsi diqqət mərkəzindədir.
Möhtərəm Prezidentiniz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Rayonda 2022-ci ilin aprel ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 4 səyyar qəbul keçirilmişdir. 400-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 44 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, görüləcək işlər vətəndaşlara geniş izah edilmiş, müraciətlərlə bağlı operativ tədbirlər görülərək müsbət həll olunmuşdur. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə sakinlər dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.